Uşaqlar üçün LAYLA və NAĞIL terapiyası - Bunu hansı şəkildə aparmaq lazımdır?

Hazırda oxunan: Uşaqlar üçün LAYLA və NAĞIL terapiyası - Bunu hansı şəkildə aparmaq lazımdır?

62496

Azərbaycan layla və nağıllarının körpə və azyaşlılar üçün əhəmiyyəti hər bir valideynə aydındır. Milli mental dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək üçün istifadə olunan layla və nağılları kim və necə anlatmalıdır?

Bizim.Media-ya danışan psixoloq Murad İsayev bildirir ki, hər bir regionun özünəməxsus layla, nağılı, musiqili səsli çağırışları vardır.

“İbtidai formada yaşayan Afrika qəbilələrində belə uşaqlar üçün musiqi bəstələri, hətta uşaqlara musiqili ad qoymalar kimi rituallar mövcuddur. Mən, şəxsən, uşaq üçün laylaların onun gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini düşünürəm. Uşaq ana bətnində 8-9-cu aydan sonra onda dinləmə qabiliyyəti formalaşır. Hətta biz anaya hamilə vaxtında xoş, mülayim mahnılara qulaq asmağı, danışmağı, laylalar, bayatılar söyləməyi, oxşamalar etməyi- milli mentalitetin ən vacib və yaxşı tərəflərindən istifadə etməyi tövsiyə edirik. Təəssüf ki, bəzən də uşaqlara xarici dildə və yaxud gərgin mahnıların dinlədildiyinin də şahidi oluruq”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda himayədar ailələrə yardım ediləcək


Murad İsayev, həmçinin nağıl terapiyasını izah edib:

“Nağıl terapiyası uşaq üçün xəyal qurmaqda, xəyalların formalaşmasında, hədəflərini seçməkdə çox vacibdir. Uşaqların düşünmə qabiliyyətinin, təxəyyülün artırmaq üçün nağıl terapiyası keçirilməlidir. Nağıl terapiyası da uşaqdan-uşağa dəyişir. Hiperaktiv uşaqlar üçün daha çox adrenalin verən mövzularda nağıllar, sakit uşaq üçün gərginliyi azaldan nağıllar danışılmalıdır. İki və daha aşağı yaş uşaqlara nağıl terapiyasını keçməklə onun nitqinin düzgün formalaşması, sözləri səlis ifadə etməsi, leksikonunu və təbii ki, ən vacibi təsvir qabiliyyətini artırmaq mümkündür”.

Psixoloq qeyd edib ki, heç bir halda uşaqlarda qorxu və şiddət yarandan nağılları danışmaq, anlatmaq olmaz.

“Nağıl terapiyasının ən əhəmiyyətli tərəfi ondan ibarətdir ki, uşaq nağılı dinlədikdən bir müddət sonra ondan nə anladığını, nə öyrəndiyini bildirməlidir. Çünki məlumatı geri ötürəndə beyinləri informasiyanı daha aktiv və möhkəm qoruya bilir. 

Murad İsayev layla terapiyasından da söz açıb.
 

“Layla, oxşamalar ana-uşaq arasında əlaqələri möhkəmləndirir. Bizim laylalar daha çox muğam və sakit atmosfer üzərində qurulduğu üçün, onları oxuyanda uşaqlarda barmaq sormaq, dırnaq yemək kimi halların qarşısını aldığını müşahidə edirik”.


Nəhayət, Murad İsayev valideynlərdən xahiş edib ki, 2-5 yaş aralığı uşaqlara nağıl və layla terapiyası ən vacib və önəmli prosedur olduğunu anlasınlar və tətbiq etsinlər.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin