Göyçayda gənc qızı qaçıran şəxsə cinayət işi açıldı - YENİLƏNİB

Hazırda oxunan: Göyçayda gənc qızı qaçıran şəxsə cinayət işi açıldı - YENİLƏNİB

62481

Baş Prokurorluq Göyçayda gənc qızın qaçırılması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.
Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq davam edir".

*** 09:53

Göyçay rayonunda 21 yaşlı qızın oğurlanaraq işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb. 

Bizim.Media xəbər verir ki, Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Əliyev Feyruz Mahmud oğlunun həmkəndlisi 2001-ci il təvəllüdlü qızı onun iradəsinə zidd olaraq qaçırıb oğurlaması ilə bağlı hadisə Göyçay rayon Polis Şöbəsində araşdırılıb. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsilə cinayət işi başlanıb. 

Faktla bağlı istintaq davam etdirilir. 

Xatırladaq ki, hadisə fevralın 26-da səhər saatlarında Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində baş verib.
Kənd sakini Feyruz Əliyev evlənmək məqsədilə atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb. Göyçay rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib. Hadisəni törətməkdə şübhəli bilinən Feyruz Əliyev saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin