Sahibkarlarla növbəti görüş bu rayonda olacaq

Hazırda oxunan: Sahibkarlarla növbəti görüş bu rayonda olacaq

62423

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göyçay rayonunda təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində (Əli Kərim adına şəhər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” martın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin