Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Azər Ağalarova hökm oxunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
İttiham aktına əsasən, hadisə ötən ilin iyulunda Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Azər Ağalarov qardaşı Anar Ağalarovu mübahisə zamanı belindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya yerləşdiirlib və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra Azər Ağalarov saxlanılıb və barəsində Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Azər Ağalarov məhkəmədə dindirilən zaman deyib ki, qardaşı Anar uzun müddətdir narkotik vasitələrdən istifadə edib. O, hadisənin qardaşına borca verdiyi 25 manat pulu qaytarmaması səbəbindən baş verdiyini söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 28.02.2022
25 manata görə qardaşını bıçaqlayan şəxsin cəzası açıqlandı
Hazırda oxunan: 25 manata görə qardaşını bıçaqlayan şəxsin cəzası açıqlandı
Hazırda oxunan: 25 manata görə qardaşını bıçaqlayan şəxsin cəzası açıqlandı
62412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.