Azərbaycanda “Vahid parklama kartı” sistemi tətbiq oluna bilər

Hazırda oxunan: Azərbaycanda “Vahid parklama kartı” sistemi tətbiq oluna bilər

62327

Ombudsman ödənişli parklama yerləri üçün “Vahid parklama kartı” sisteminin tətbiq edilməsini təklif edir.

Bizim.Media xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının parklama yerləri necə zəbt edilir? – Real mənzərə VİDEODA


Ombudsman ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqini tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin