Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsi gücləndirilir - QƏRAR

Hazırda oxunan: Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsi gücləndirilir - QƏRAR

6217

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Təsdiq olunmuş Qaydada “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin ikinci cümləsinə əsasən, həmin Qanunun 17.4-cü və 44.2-ci maddələrinə uyğun tətbiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəzinə hesabına köçürülən xidmət haqlarından nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə edilməsi müəyyən olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin