Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında şəhər sakini T. Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, T. Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib edilib və toplanmış material rayon məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:39 / 24.12.2020
Bazarda pirotexniki vasitə satan şəxs saxlanıldı
Hazırda oxunan: Bazarda pirotexniki vasitə satan şəxs saxlanıldı
Hazırda oxunan: Bazarda pirotexniki vasitə satan şəxs saxlanıldı
6206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.