Qubada qan xəstəliyindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Milli Hemotologiya və Transfizologiya Mərkəzinin və Quba İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan aksiya talassemiyalı və hemofiliyalı xəstələrə az da kömək etmək məqsədi yaşayır.
Aksiyada rayon sakinləri, ictimaiyyət nümayəndələri, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və müavinləri, DTX-nin Quba rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.
Statusundan və vəzifəsindən asılı olmayaraq aksiyada iştirak edən hər kəs qan xəstəliyindən əziyyət çəkən insanlara yardım etməyin özlərinin insanlıq borcu olduğunu deyiblər.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:18 / 25.02.2022
Qubada qanvermə aksiyası keçirildi - FOTO
Hazırda oxunan: Qubada qanvermə aksiyası keçirildi - FOTO
Hazırda oxunan: Qubada qanvermə aksiyası keçirildi - FOTO
61933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.