Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Neftçala və Astara rayonları akvatoriyasında balıq ovlayan şəxslər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov mediaya açıqlama verib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Bayram Bağırov, Rəhman Sarıyev, Ağakişi Süleymanov, Valeh Mazanov və Astara şəhər sakini Pərviz Axundov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
B.Məhəmmədov qeyd edib ki, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb:
"Keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonu ərazisində ov qaydalarını pozduğuna görə Hacıqabul rayon sakini Ceyhun Mahmudov saxlanılaraq cərimələnib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:03 / 25.02.2022
Qanunsuz ov edənlər cərimələndi
Hazırda oxunan: Qanunsuz ov edənlər cərimələndi
Hazırda oxunan: Qanunsuz ov edənlər cərimələndi
61853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.