O gün hamımız orada idik..
26 il arxada qaldı o günlərdən.. Təkcə bir meşənin qırılmasına dözə bilməyib milyonların Bakının ən böyük meydanına toplaşdığı günlərdən. O gün hər kəs orada idi. Orta nəsli təmsil edən hər kəsin payı var idi o möhtəşəmlikdə..
Amma doğrudan da təkcə bir Topxana meşəsiydimi o möhtəşəmliyin səbəbkarı?
Bəs illərlə Azərbaycanın varının-yoxunun talanmasına, zaman-zaman torpaqlarının qonşulara paylanmasına , sonunda da vətənimiz ən dilbər guşəsində Muğanda, Şirvanda, Gəncəbasarda, Şəkidə, Qubada, Lənkərənda, Bakıda yaşayan vətəndaşımızdan qat-qat rifahda yaşayan “vətəndaşların”x9d həyasızlığına təpki deyildimi bu etiraz?
İllərlə pambıq tarlalarında “pripiska”x9d xatirinə süni gübrələrdən zəhərlənərək həyatını itirən ana-bacılarımızın vaxtsız ölümünə etiraz deyildimi bu insan seli?
Azərbaycanın yeraltı yerüstü sərvətlərinin Rusiya şəhərlərindəki həyat şəraitini yaxşılaşdırmağa yönləndirilməsinə etiraz deyildimi bu izdiham?
SSRİ məkanının hər nöqtəsində rəngimizə görə eşitdiyimiz təhqirlərə, diskriminasiyalara etiraz deyildimi bu birlik ?
Aqanbekyanın, Balayanın , Kaputikyanın həyasızlığına rəvac verən Siyasi Büro üzvlərinin ermənipərəstliyinə etiraz deyildimi bu ehtişam?
Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasından üzü bəri Göyçədən, Zəngəzurdan sürgün edilən soydaşlarımızın vətən həsrətinə etiraz deyildimi ?
30-cu illərin repressiyalarına, Cavidləri, Müşfiqləri, Mümtazları məhv edib milləti düşüncə sindromuna sürükləyən Moskvaya və onun siyasi rəhbərliyinə etiraz deyildimi?
Və biz o gün etiraz etdik. Dirəndik. Hətta növbəti il sovetlər məkanının siyasi cəhətdən ən aktiv respublikası belə olduq. Hələ bizi Qanlı Yanvar da gözləyirdi qarşıda. Onun da imtahanını şərəflə verdik. Və sonunda Sovetlər çökdü. Fövqəladə vəziyyətdə Sovet tanklarının zəhmindən qorxmadan qaldırdığımız üçrəngli bayraq bir daha parlamentimizin üstündə qərar tutdu. Dünyanın bərabərhüquqlu bir dövləti kimi tanındıq..
İndi 26 il sonra o günlərə dönüb baxarkən fərəh hissi keçirməyə bilmirsən. Bəs gerçəkdən o milyonların bütün istəkləri reallaşdımı?.
O birliyi, o möhtəşəmliyi gerçəkdən çox özlədik..






























































































