Yeni smartfon almaq istəyənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: Yeni smartfon almaq istəyənlərin DİQQƏTİNƏ

617957

Yaxın bir ildə telefon bazarında ucuz smartfonlara daha az rast gəlinəcək. Səbəbsə süni intellektdir. Süni intellekt digər sahələr kimi telefon sənayesinə güclü şəkildə nüfuz edir. Bu tendensiya istehsalçıları məcbur edir ki, süni intellektin yaratdığı texnoloji tələb yerinə yetirilsin.

Yeni tətbiqlərsə əlavə xərc deməkdir.

Əlavə xərcsə maya dəyəri şişirdir. Ona görə də daha əvvəlki kimi 300-400 manata yeni telefon əldə etmək problem olacaq.

Təsadüfi deyil ki, artıq Avropada insanlar “ikinci əl” telefonlara həvəs göstərirlər. Maraqlıdır ki, ”ikinci əl” telefon bazarının təkcə 2026-cı ildə 13 faiz böyüməsi gözlənilir. Bu isə mobil texnologiya sektorunda iqtisadi tarazlığın ciddi şəkildə dəyişdiyini göstərir.

Sözügedən vəziyyət Azərbaycan bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danəşan marketoloq Ülvi Həsənzadə deyib ki, vəziyyətin bu qədər dəyişməsinin əsas səbəbi sürətlə inkişaf edən süni intellekt texnologiyalarıdır:

“Nəzərə alaq ki, yeni telefon həvəskarlarının ilk sualı telefonun yaddaşı ilə bağlı olur. Hər kəs qlobal səviyyədə yüksək performanslı yaddaş olan smartfon istəyir. Belə smartfonları isə ucuz qiymətə əldə etmək mümkün deyil.

Hesab edirəm ki, yeni tendensiyadan ən çox ziyan görə Çin istehsalıçları olacaq. Bundan sonra Çin şirkətləri artıq 150-160 dollara yeni smartfon təklif edə bilməyəcəklər.

Nəticədə qlobal smartfon tədarükündə ciddi azalma proqnozlaşdırılır.

Hesablamalara görə, yaxın bir ildə telefon bazarı 13,9 faiz kiçiləcək. Ona görə də insanlar böyük yaddaşa malik “ikinci əl” telefonlara üstünlük verəcəklər. Bu da həm yeni, həm də köhnə telefonların bahalaşmasına səbəb olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin