Şirkət rəhbəri təkzib etdi: “Binanın uçması podratçının ehtiyatsızlığından baş verib” -VİDEO

Hazırda oxunan: Şirkət rəhbəri təkzib etdi: “Binanın uçması podratçının ehtiyatsızlığından baş verib” -VİDEO

61737

“KİV-də yaşayış binasının çökməsi ilə bağlı yayılan bütün xəbərlər əsassızdır”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə binanı sahibi İbrahim Dostumalıyev deyib. Onun sözlərinə görə, bina texniki təyinatlı qeyri-yaşayış binasıdır: 

“Tikinti fəaliyyəti zamanı layihədə köklü dəyişiklik olduğu üçün tərəfimizdən əvvəldən qoyulmuş beton qəliblərin söküntü prosesi başlayıb. Bu proses zamanı podratçı şirkətin ehtiyatsızlığı ucbatından qeyd olunan hadisə baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Uçmuş binanın qalıqları altında yaralılar var – Bizim.Media hadisə yerində - FOTOLAR


Tikinti yalnız iki mərtəbədən ibarət olub və texniki təminatlıdır. Tikintidə cəmi 6 nəfər işçi olub, onlardan yalnız 1-i yüngül xəsarət alıb və ciddi problem yoxdur”.

Xatırladaq ki, bu gün Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” şirkətinin tikilməkdə olan binalarından biri çöküb. Bu zaman bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Şahnaz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin