Bu gün Keşlə “yük həyəti” deyilən ərazidə tikilməkdə olan 3 mərtəbəli bina çöküb. Hadisə “City Garden” layihəsinin inşa olunan binalarından birində baş verib.
Bizim.Media hadisə yerindən xəbər verir ki, hazırda Baş Prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirir.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan Keşlə qəsəbəsində çökən bina ilə bağlı AÇIQLAMA
FHN-in məlumatına görə, binanın dağıntıları altında qalan 3 nəfər xilas edilib. Ölüm faktı aşkar edilməyib.
Məlumatlar yenilənəcək.
Həmin görüntüləri təqdim edirik:
Şahnaz, Bizim.Media