Altı güllə yarası ilə beş saat döyüşən xüsusi təyinatlı - VİDEO

Hazırda oxunan: Altı güllə yarası ilə beş saat döyüşən xüsusi təyinatlı - VİDEO

6165

Düşmənin bir neçə texnikasını və canlı qüvvəsini məhv edərkən 6 güllə yarası almasına baxmayaraq 5 saat düşmənə qarşı döyüşən qazi Elnur Fəqani oğlu Cəfərdan danışacağıq.

Bizim.Media xəbər verir ki, “report”un Yuxarı Şirvan bürosunun əməkdaşları Kürdəmir rayonunun Qarasaqqal kəndində qazi Elnur Cəfərovun yaşadığı evə baş çəkiblər.

Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu E.Cəfərov Cəbrayıl, Kəlbəcər və Füzuli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib.

Elnur Cəfərov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb və müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Vətən Mühaibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrdə bütün çətin tapşırıqların öhdəsindən gəlib və istehkamçı kimi böyük şücaət göstərib.

Füzuli rayonunun işğaldan azad edilməsinin ardınca Elnurun da içərisində olduğu qrup Cəbrayıla göndərilir. Cəbrayıl istiqamətində düşmənin hiyləsi ilə üzləşən əskərlərimiz pusquya düşür. Elnur 6 güllə və bir neçə qəlpə yarası alsa da düşmənə qarşı rəşadətlə döyüşür.

Pusquya düşən hərbçilərimizin sayı erməni terrorçularından az olsa da düşmənə qarşı 5 saat ağır döyüşdən sonra düşmən döyüşçülərinin hərbi texniki vasitələri və canlı qüvvəsi məhv edilir. Elnur isə döyüş yoldaşlarının köməyi ilə təhlükəsiz yerə köçürülərək əməliyyat edilib.

Elnurun qardaşı Ceyhun da müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət edir və hər ikisi 44 günlük zəfər döyüşündə şücaət göstərib.

Elnur və Ceyhun qardaşları kimi yüzlərlə igid oğullarımızın canı və qanı bahasına ərazi bütövlüyümüzün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində qələbə qazandıq. Bu yolda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin