GDU-nun dəstəyi ilə Gəncədə "BOWLING" yarışı keçirilib

Hazırda oxunan: GDU-nun dəstəyi ilə Gəncədə "BOWLING" yarışı keçirilib

61638
Noyabrın 15-də Gəncə Dövlət Universitetinin dəstəyi ilə Tələbə Gənclər Təşkilatı "SAÄžLAM GƏLƏCƏK , SAÄžLAM GƏNCLİK İLƏ GƏLƏCƏK! " layihəsi çərçivəsində tələbələr arasında "BOWLING" yarışı keçirib.
 Nəzərinizə çatıdıraq ki, layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzi anlayışını aşılamaqdır. Layihə çərçivəsində keçirilən müsabiqədə 9 komanda olmaqla 30-a yaxın gənc iştirak etmişdir. 2 saat müddətində davam edən yarışın sonunda "Vikinqlər" komandası I , "Bozqurd" komandası II , "Team" komandası isə III yerə çıxıb. Qalib komandalar kubok, fəxri fərman və hədiyyələr ilə təltif olunublar. Sözügedən layihə çərçivəsində növbəti həftədə QİÇS-lə mübarizə gününə həsr olunmuş sosial - çarx çəkiləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin