Şahlar Əsgərov “Wilhelm Leibniz" medalına layiq görüldü

Hazırda oxunan: Şahlar Əsgərov “Wilhelm Leibniz" medalına layiq görüldü

61628
Tanınmış azərbaycanlı alim,  fiziki elektronika  sahəsində  elmi nailiyyətləri illərdir  NASA-da tətbiq edilən professor  Şahlar Əsgərov  Avropanın   məşhur  “Wilhelm Leibniz”x9d medalına layiq görülüb. Bu münasibətlə görkəmli fizikə göndərilmiş məktubda deyilir:

“Avropa Elm- Sənaye Konsorsiumunun (www.euscience.info)  Texniki və Fizika ”“riyaziyyat elmləri üzrə  Təltiflər Departamentin qərarı ilə “Wilhelm Leibniz”x9d medalı təsis edilmişdi.  Medal  tanınmış  Rusiya və xarici ölkə alimlərinə  texniki və fizika- riyaziyyat elmlərinin inkişafına beynəlxalq ictimaiyyət tərəfindən  qəbul edilmiş  töhfələrinə görə  təltif edilir.  Rusiya Təbiət Elmləri Akademiyasının  Rəyasət Heyəti  mötəbər nəşrlərdə çap olunmuş  məqalələrinizi,  RTEA tərəfindən verilən təltiflərinizi  elm və təhsilin inkişafına verdiyiniz  töhfələri nəzərə alaraq Sizi bu mükafata təqdim etmişdir. Sizin “Wilhelm Leibniz" medalı ilə təltif edilmənizlə bağlı müsbət qərar 1.08.2014 tarixdə  qəbul edilmişdir (Protokol 27/1.08.2014). Mükafatların təntənəli təqdimatı 16 - 21 noyabrda Münhendə (Almaniya) ənənəvi beynəlxalq elmi konfrans zamanı (hotel Bayerisher Hof 5*, (Promenadeplatz 2-6, Altstadt-Lehel, 80333 Munich*)  keçiriləcək”x9d. 

Aldığımız məlumata görə,  professor  Şahlar  Əsgərov  sözügedən  beynəlxalq elmi tədbirdə  iştirak etmək  üçün   bu gün səhər  Münhenə yola düşüb.(aktual.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin