Bayram günü kabab bişirmək istəyi onlara BAHA başa gəldi - Xəstəxanalıq oldular

Hazırda oxunan: Bayram günü kabab bişirmək istəyi onlara BAHA başa gəldi - Xəstəxanalıq oldular

615717

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
 
Bizim.Media xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.
 

Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.


Hadisə zamanı 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızı və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanalya yerləşdirilib
 
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin