Bakı səhəri tıxacla açdı - XƏRİTƏ

Hazırda oxunan: Bakı səhəri tıxacla açdı - XƏRİTƏ

61556
Yollarda olan son vəziyyət “AvtoFM”x9d radiosunun efirində açıqlanır.

Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə olunur. 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, Koroğlu Rəhimov küçəsinin təmirə bağlanması ilə əlaqədar paytaxtın bəzi küçələrində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yollardakı vəziyyətlə bağlı yaydığı məlumata əsasən, sıxlıq Fəzail Bayramov küçəsində Xətai metrosu istiqamətində, Gülayə Qədirbəyova küçəsində “Odlar Yurdu”x9d Universiteti istiqamətində, Həsənoğlu küçəsində hər iki istiqamətdə, Təbriz küçəsində (Əhməd Rəcəbli və Həsənoğlu küçələri istiqamətində), Əhməd bəy Ağaoğlu küçəsində Təbriz küçəsi istiqamətində müşahidə olunur.

Sürücülərə alternativ yoldan istifadə etmələri məsləhət görülür.

Yaranmış tıxacın əsas səbəbi kimi Koroğlu Rəhimov küçəsində başlanan təmir işləri göstərilir. Təmir işlərini Bakı şəhər İcra Hakimiyyəti aparır. Yol iki gündən sonra açılacaq.

Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 ”“ “AvtoFM”x9d radiosunun efirində açıqlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin