Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Elşən Quliyev bildirib ki, "Berlin Pub"-da işləyib.
"Həmin gün 3 nəfər gəlmişdi. Orxan mədəni şəkildə dedi ki, geyiminizi səliqəyə salın keçin. İçəridə olanda dedilər ki, yer rezerv etmişik. Biz Ramin müəllimdən soruşanda o dedi ki, bunların xanımsız əyləşmələri qeyri-mümkündür. Çünki stol məsələsinə biz mühafizəçilər qarışmırıq. Sonra 3 dostdan biri dedi ki, biz kiminlə əlaqə saxlamışıqsa, onunla da danışmaq istəyirik. Mən Valehdən xahiş etdim ki, yola verin, gələn dəfə problem olmayacaq. Mərhumun dostu Valeh Orxanla acı danışdı. Mübahisələri olanda mən onları ayırdım", - şahid bildirib.
Digər şahid Sevinc Aslanova həmin obyektdə rezervasiya işlərinə nəzarət etdiyini bildirib:
"Yeri rezerv edən şəxsə telefonda deyilməmişdi ki, qızla gəlin, amma onlara xəbərdarlıq edilmişdi ki, qapıda kontrol var və geyiminizi ona görə uyğunlaşdırın. Valeh və Orxanın dalaşdığını gördüm".
Məhkəmənin növbəti baxış iclası martın 9-na təyin edilib.
Qeyd edək ki, istintaqla 2021-ci il avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:11 / 23.02.2022
"Berlin Pub"da törədilən qətl geyimə görə olub – “Xanımsız əyləşmələri qeyri-mümkün idi...”
Hazırda oxunan: "Berlin Pub"da törədilən qətl geyimə görə olub – “Xanımsız əyləşmələri qeyri-mümkün idi...”
Hazırda oxunan: "Berlin Pub"da törədilən qətl geyimə görə olub – “Xanımsız əyləşmələri qeyri-mümkün idi...”
61525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.