Xocalı məktəbində soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Xocalı məktəbində soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTO

61488

Fevralın 23-də Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Təhsil Nazirliyinin Xocalı soyqırımının 30-cu ildönümünə ilə bağlı tədbirlər planına uyğun olaraq keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı soyqırımından bəhs edib.

O məlumat verib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əliyalın Xocalı əhalisinə qarşı soyqırımı törətdi.

O gecə 613 nəfər öldürüldü, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil, 8 ailə tamamilə məhv edildi. Xocalıda öldürülənlərin 63-ü uşaq idi. Bu faktlar erməni vəhşiliyinin bariz göstəricisidir. Düşmən əhalinin qətliamı ilə kifayətlənmədi, Xocalı şəhəri yerlə-yeksan edildi, abidələrimiz erməni vandalizminin qurbanı oldu. Xocalıda yerləşən 14 məktəb tamamilə dağıdıldı.

Nazir müavini vurğulayıb ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq.

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində Zəfərlə başa çatdı. Lakin tariximizi heç zaman unutmamalıyıq. Bədnam qonşumuzun tarixdə dəfələrlə xalqımıza qarşı törətdiyi vəhşilikləri gələcək nəsillərə çatdırmalıyıq. Bu il Təhsil Nazirliyinin Xocalı soyqırımının 30-cu ildönümünə ilə bağlı tədbirlər planına məktəblilər arasında müsabiqələr, sərgilər təşkil olunur. Ali təhsil müəssisələrinin tələbələri arasında konfranslar seminarlar keçiriləcək.

Milli Məclisin deputatı tarix elmləri doktoru, professor Anar İsgəndərli, ingiltərəli jurnalist, yazıçı, araşdımaçı, “Müharibə cinayətinin Xocalı şahidi.
Ermənistan müttəhim kürsüsündə” kitabının müəllifi İan Pirt, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova və digər çıxış edənlər Xocalı faciəsi haqqında danışıblar. Vurğulanıb ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin davamı və tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Tədbirdə “Sonsuz dəhliz” filmi nümayiş olunub.

44 günlük Vətən müharibəsinin şərəfinə məktəbin həyətində 44 ağac əkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin