Horadiz-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun çəkilməsi istiqamətində işlərə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, hazırda həmin yolla bağlı layihələndirmə aparılır.
"Əvvəllər bu yolla Ermənistan ərazisinə keçmək və oradan Naxçıvana getmək mümkün idi. Lakin qonşu ölkənin təcavüzkar siyasəti nəticəsində Naxçıvanla quru yolumuz bağlandı".
"Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistana qədər olan yolun yenidən tikilməsinə ehtiyac var. Yəqin ki, üçtərəfli bəyanatda yer almış, Naxçıvana dəhlizin açılması ilə bağlı bəndə uyğun olaraq gələcəkdə həmin yol Naxçıvan istiqamətində uzadıla bilər", - o qeyd edib.
A.Nəcəfli onu da qeyd edib ki, Horadiz-Mincivan-Ermənistanla dövlət sərhədi yolundan ayrılan Qubadlı-Laçın yolu da layihələndirilir. (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:26 / 23.12.2020
Horadizdən Ermənistanla sərhədə qədər yol çəkilir
Hazırda oxunan: Horadizdən Ermənistanla sərhədə qədər yol çəkilir
Hazırda oxunan: Horadizdən Ermənistanla sərhədə qədər yol çəkilir
6140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.