Pənah Hüseyn canlı yayımdakı davadan danışdı: \"Hövsələsizlik etdim, gərək belə olmayaydı\" - VİDEO

Hazırda oxunan: Pənah Hüseyn canlı yayımdakı davadan danışdı: \"Hövsələsizlik etdim, gərək belə olmayaydı\" - VİDEO

61390

Xəbər verdiyimiz kimi, "Yeni Müsavat"ın canlı yayımına Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AzTV-nin sədr müavini, politoloq Tofiq Abbaslı arasında əlbəyaxa dava baş verib.

Bizim.Media xəbər verir ki, P.Hüseyn baş verənlərə aydınlıq gətirmək üçün yenidən canlı efirinə qatılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda canlı yayımda dava: Pənah Hüseynin burnu qırıldı - VİDEO


​​​​​​​"Hövsələsizlik oldu. Mən haqqlı deyildim. Gərək belə olmayaydı. Öz adımdan tamaşaçılardan üzr istəyirəm".

Qeyd edək ki, Rauf Arifoğlunun aparıcısı olduğu "Dərin Təhlil" verilişində Tofiq Abbaslı verilişin digər qonağı millət vəkili, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova "bəy" deyib, sonradan sözünü düzəldərək "müəllim" deməsi Pənah Hüseynin reaksiyasına səbəb olub. O, politoloqa irad tutub. Tərəflər arasında yaranan mübahisə əlbəyaxa dava ilə bitib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin