Goranboyda quyu qazarkən başına dəmir düşən fəhlə xəstəxanada öldü - YENİLƏNİB

Hazırda oxunan: Goranboyda quyu qazarkən başına dəmir düşən fəhlə xəstəxanada öldü - YENİLƏNİB

61376

Goranboy sakini, 1962-ci il təvəllüdlü Musayev Maqsud Knyaz oğlunun Rəhimli kəndində subartezian quyusu qazılarkən başına ağır dəmir boru düşdüyü barədə xəbər vermişdik.

Bizim.Media-nın məlumatına görə, müxtəlif bədən xəsarətləri alan işçi öncə rayon mərkəzi xəstəxanasına, daha sonra Gəncədəki klinikalarından birinə köçürülsə də həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

*** 22.02.2022     20:58

Goranboy sakinin başına dəmir parçası düşüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Rəhimli kəndi ərazisində baş verib.

1962-ci il təvəllüdlü Musayev Maqsud Knyaz oğlu qeyd olunan ərazidə subartezian quyusu qazılarkən ehtiyatsızlığın qurbanı olub. Onun başına ağır dəmir boru düşüb. 

Müxtəlif bədən xəsarərləri alan işçi öncə rayon mərkəzi xəstəxanasına çatdırılıb, daha sonra Gəncədəki klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin