Bakıda ana və azyaşlı uşaqlarını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində elan edilib.
MÖVZU İLƏ BAĞLI:
Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR – VİDEO
Qeyd edilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media