Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
"Xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qadına əxlaqsız təkliflər edən sürücü saxlanıldı
O, 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib", - deyə E.Hacıyev əlavə edib.
Qeyd edək ki, 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücüsü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.
Bizim.Media