Xəbər verdiyimiz kimi, bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, 24 yaşlı jurnalist Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda jurnalist amansızlıqla öldürüldü - Qatil əmisi oğludur
İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Əvəz Şıxməmmədovu qətlə yetirən əmisi oğlu Əmrulla Güləliyevin fotosunu təqdim edirik:
Bizim.Media