Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, institutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək.
Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.
Məlumat üçün qeyd edək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə, Mərmərə Universiteti Xəstəxanası ( İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsili alıb.
İxtisasca Ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri kimi çalışır. O, Bakı Sağlamlıq Mərkəzində Ortopediya və Travmotologiya şöbəsinin qurulmasında müstəsna rola malikdir və eyni zamanda fəaliyyətini orada davam etdirir.
Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.
Qeyd edək ki, bundan əvvəl institutun direktoru İlqar Qasımov olub. O, bu ilin fevral ayının 3-də Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:17 / 22.02.2022
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu - FOTO
Hazırda oxunan: Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu - FOTO
Hazırda oxunan: Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu - FOTO
61328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.