Zaur Baxşəliyevin aparıcı olduğu “Bizimləsən” verilişində gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, birgə qoşulub qaçdığı oğlanın ailəsi onları qəbul etmədiyi üçün verilişə gələn cütlük Zaurdan kömək istəyib.
Proqramın son buraxılışında məlum olub ki, proqrama ailəsini axtarmaq üçün gələn Bəxtiyar, 5 aydır ailəsinin imtina etdiyi digər iştirakçı Arzuya Aysunla onu görüşdürməsi üçün pul təklif edib.
Eşitdiklərindən şoka düşdüyünü gizlətməyən Zaur efir boyu əsəbi görünüb. O, ailəsinin imtina etdiyi, 5 aydır özünün sahib çıxdığı Arzunu studiyadan qovaraq yerləşdiyi oteli də tərk etməsini tapşırıb. Aparıcı ona haqqını halal etmədiyini deyib.
Bəxtiyarın həyat yoldaşı Pərvanə efirə qoşulub. O 2 gün əvvəl gecə saat 2-də Aysunun ərinə zəng etdiyini açıqlayıb:
“Geri zəng etdim. Mənə dedi ki, Bəxtiyarı sevirəm. Mən də dedim ki, onu necə sevə bilərsən? Biz 10 ildir evliyik, onun bir otağı var. 3-4 gün əvvəl mənə demişdi paltarımız, yeməyimiz yoxdur, sumka hazırlayıb göndərmişdim”.
Zaurun təkidindən sonra Aysun birlikdə qoşulub qaçdığı Elşadı sevmədiyini etiraf etməsə də, Bəxtiyarla danışdığını gizlətməyib. Bunları eşidən Elşad göz yaşlarını saxlaya bilməyib.
Sözügedən kadrları təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:48 / 22.02.2022
Zaurun verilişində GƏRGİN ANLAR: Efirə kömək üçün çıxan qadın ərinə XƏYANƏT ETDİ - VİDEO
Hazırda oxunan: Zaurun verilişində GƏRGİN ANLAR: Efirə kömək üçün çıxan qadın ərinə XƏYANƏT ETDİ - VİDEO
Hazırda oxunan: Zaurun verilişində GƏRGİN ANLAR: Efirə kömək üçün çıxan qadın ərinə XƏYANƏT ETDİ - VİDEO
0:00
0:00
61309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.