Saleh Məmmədov 1 ailənin 3 üzvünün öldüyü qəzadan danışdı: “Bu məsələ milli faciə deyil”

Hazırda oxunan: Saleh Məmmədov 1 ailənin 3 üzvünün öldüyü qəzadan danışdı: “Bu məsələ milli faciə deyil”

0:00
0:00
61305

 “2-3 gün əvvəl Bakı-Quba yolunda baş verən faciə mənim özümə də pis təsir edib. Mətbuat işçiləri gündəlik avtomobil yollarında faciələri hesablayıb nəzərə alsalar, görərlər ki, bu da həmin faciələrdən biridir, milli faciə deyil”.

Bizim.Media xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda ailə faciəsi - BİR GÜNDƏ 8 NƏFƏR ÖLDÜ


O, qeyd edib ki, bu yolda sürət həddinin nizamlanması üçün yol işarələri var:

“Əcəl Allahın işidir, minimal sürətlə gedəndə də faciə baş verə bilər. Hər birinizdən xahiş edirəm, gedin həmin yola baxın. O körpüyə yaxınlaşma yolu olub. 1984-86-cı illərdə ilk dəfə çəkilib və Sumqayıt ərazisindən keçir. 

2008-ci ildən yenidən rekonstruksiya olunub. Sumqayıt çayı üzərində sonradan mütəmadi çökmələr olub. Biz bunu nəzərə alaraq tez-tez təmir işləri aparırıq. Orada daralma işarəsi qoyulub və sürət həddi endirilib. Ola bilər sürücü sürət həddinə baxmayıb və faciə baş verib. Amma bu məsələ milli faciə deyil”.

Xatırladaq ki, fevralın 17-də Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin