Mingəçevirdə yeni su xətti istifadəyə verildi - Yaşıllıqlar qorunacaq  

Hazırda oxunan: Mingəçevirdə yeni su xətti istifadəyə verildi - Yaşıllıqlar qorunacaq  

61293

Mingəçevirdə yaşıllıqların qorunması üçün çəkilən alternativ su xəttinin növbəti hissəsi istifadəyə verilib.

Bizim.Media-nın məlumatına görə, son mərhələdə 63 diametrli boru xəttinin 1 kilometrlik məsafədə bütün  zəruri texniki şərtləri təlblərə uyğun şəkildə quraşdırılaraq başa çatdırılıb. 

Boru xətti əsasən Heydər Əliyev prospekti və Nəsimi küçələrinin yaşıllıq zolaqlarını əhatə edib. Bununla da alternativ suvarma xəttinin şəhər üzrə çəkilişləri 22 kilometr məsafəni ötüb. 

Qeyd edək ki, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən çəkilən suvarma xətti “Azərsu” ASC-nin nəzarətində olan mövcud xəttə alternativdir və son illərdə şəhərdə icra olunan ən uğurlu və vacib layihələrindən biri hesab olunur.
Ölkənin aidiyyatı qurumları tərəfindən razılaşdırıldıqdan sonra  çəkilişinə və yerli icra strukrurunun balansına keçirilməsinə qərar verilib 

Bu layihə yaşıllıqlar şəhəri olan Mingəçevirə müstəqil şəkildə bu yaşıllıqları qorumağa imkan verəcək. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin