Məmur işdən çıxarıldı

Hazırda oxunan: Məmur işdən çıxarıldı

61287
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev vəzifəsindən azad edilib. Bu barədə o özü ANS PRESS-ə məlumat verib. 

C.Qocayev öz xahişi ilə vəzifəsindən azad edildiyini deyib. 

"Artıq yorulmuşam. Təqaüd vaxtım idi. İndi gənclərə yol vermək lazımdır", - deyə Changir Qocayev bildirib.

Qeyd edək ki, indi qurumda kütləvi informasiya vasitələrilə işlərin aparılması və bu sahədə əlaqələndirmənin təmin edilməsi müvəqqəti olaraq Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadə tərəfindən həyata keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin