Qubanın Vladimirovka kəndi ərazisində ağacların qırılması faktı ilə bağlı araşdırmalar davam edir.
Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsi ağacların qırıldığı sahənin mülkiyyətini ayırd eləmək üçün Vladimirovka kənd bələdiyyəsinə və Quba regional meşə təsərrüfatı idarəsinə müraciət edib.
Kəsinti yerinin hansı quruma aid olması müəyyən edildikdən sonra idarə Qubanın hüquq-mühafizə orqanlarına rəsmi müraciət ediləcək.
Çünki kütləvi şəkildə qırılma qeydə alınan sahənin sahibkara məxsus olması deyilsə də qoruyucu yaşayış zolağı olması da istisna edilmir.
Qeyd edək ki, Qubanın Dağlı kəndindən Vladimirovka kəndinə gedən su arxının yanındakı yaşıllıq zolağında qanunsuz ağac qırılması qeydə alınıb.
Qubanın "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov bu faktı müşahidə edərək Bizim.Media-ya məlumat vermişdi. Ərazidə xeyli sayda sağlam akasiya və göyrüc ağacları kəsilib.
Ekoloqların qırıntı yerinə çağrılmasından sonra əli baltalı fəhlələr ərazidən uzaqlaşmışdı.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:42 / 22.02.2022
Qubada kəsilən ağaclar barədə yeni TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Qubada kəsilən ağaclar barədə yeni TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Qubada kəsilən ağaclar barədə yeni TƏFƏRRÜAT - FOTO
0:00
0:00
61284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.