Xəbər verdiyimiz kimi, İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası keçirilir. Tədbirə qatılan Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov da çıxış edib.
Bizim.Media xəbər verir ki, o, 1-ci Qarabağ müharibəsində itkin düşənlərlə bağlı məsələ qaldırıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı deputatlar İrəvana gəldilər
“Bir daha qeyd etməkdən məmnunam ki, münaqişə başa çatıb və biz regiona yeni geosiyasi reallıqlar gətiririk. İndi Ermənistana qaytarılmaq üçün müzakirə olunanlar müharibədən sonra saxlanılan şəxslərdir”, deyə o, qeyd edib.
Məmmədov onu da bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlı itkin düşüb və onlar haqqında məlumat yoxdur.
Xatırladaq ki, İrəvanda baş tutan tədbirdə Soltan Məmmədovla yanaşı deputat Tahir Mirkişili də iştirak edir. O da iclasda nitq söyləyib.
Bizim.Media