Protokolu imzalamaqdan imtina edən sürücü mühüm əhəmiyyət daşıyan başqa bir hüququndan da imtina etmiş olur
Sürücülər qaydaları pozduqda onlara təbii ki yol polisi tərəfindən protokol yazılır. Amma bəzi sürücülər əsəbiləşərək protokola imza atmırlar və düşünürlər ki, bu, bir çıxış yoludur. Sizi əmin edirəm ki, onların əksəriyyəti bilmirlər ki, bunun hansı ziyanı ola bilər. Əks halda hər bir sürücü özü haqqında tərtib edilmiş protokola məmuniyyətlə imza atardı.
Bəzi sürücülər qayda pozuntusuna görə protokolu imzalamaqdan imtina edirlər. Bir çox hallarda bu imtinalar sürücülərin məlumatsızlığından irəli gəlir..
Protokolu imzalamamaq sürücülər üçün sonradan ciddi problemlərə gətirib çıxara bilər. Ən azı protokolu imzalamayan sürücü faktiki olaraq həm də qayda pozuntusuna mövqe bildirmək hüququnu itirir. Əgər sürücü protokolu imzalayarsa, qanunvericiliyə görə, qayda pozuntusunu sübut etmək polisin üzərinə düşür. Bu isə məhkəmələr zamanı sürücüyə müəyyən üstünlük verir.
Digər bir məsələ isə sonradan sürücüdən xəbərsiz olaraq həmin protokolda edilə biləcək dəyişikliklərlə bağlıdır. Hazırkı təcrübəyə əsasən, sürücü qayda pozuntusu ilə razılaşmadıqda tərtib olunmuş protokola DYP orqanında baxılır və bu zaman sürücü də polis idarəsinə dəvət edilir. Sürücünün həmin protokola baxılmasının yeri və vaxtı barədə məlumatlandırılması məhz tərtib olunmuş protokolda göstərilir. (xəzərxəbər)

































































































