Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, eləcə də beynəlxalq münasibətlər sisteminə yol tapması daim diqqət mərkəzindədir. Bu baxımdan Beynəlxalq ana dili günündə Azərbaycandakı azsaylı xalqların kompakt yaşadıqları ərazilərdə onların öz dilində tədris almaları məsələsi aktullaşıb.
Bəs, bu məsələ niyə gecikir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbin ləzgi dili müəllimi Elnarə Bağıyevanın sözlərinə görə Azərbaycanda çap edilən ləzgi dili dərsliklərinin yoxluğundan, daha doğrusu, heç olmamasından əziyyət çəkirlər:
“Tədris zamanı bu səbəbdən qonşu Dağıstan Respublikasında nəşr edilən ləzgi dili dərsliklərindən istifadə etməyə məcburuq. Bu dərsliklər Dağıstanın paytaxtı Mahacqala şəhərində 1993 və 2001-ci illərdə çapdan çıxı 1-4 cü siniflərdə çətinliklə də olsa, köhnə dərsliklər tapa bilirik.Yuxarı siniflərdə isə yerli müəlliflərin dərsliyi yoxdur”.
Qeyd edək ki, milli dərsliklərin olmamasından narazılıq edənlər təkcə qusarlı müəllimlər deyil, qonşu Quba və Xaçmaz rayonlarının etniklər yaşayan kənd məktəblərində çalışan pedaqoqlar da bu fikirdədir.
Onların məlumatına görə, yuxarı sinif şagirdlərinə müstəqil Azərbaycanın nəşri olan dərsliklərilə dərs keçilsə, daha məqsədəuyğun və düzgün olar.
Məsələ ilə bağlı saytımıza açıqlamasında Təhil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrində onların ana dilinin tədrisi nəzərdə tutulub:
“Tədris planına əsasən, ləzgi dili I-IX, digər azsaylı xalqların dilləri isə I-IV siniflərdə həftədə 1 saat olmaqla tədris olunur. Bununla yanaşı, həmin siniflərdə valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 saat da dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisində iştirak edə bilərlər”.
Qurum rəsmisi xatırladıb ki, 2017-ci ildən müvafiq azsaylı xalqların dili, o cümlədən “Ləzgi dili” fənni üçün dərslik komplektlərinin hazırlanması qərara alınıb.
Həmçinin həmin fənn üzrə təhsil proqramının (kurikulumun) layihəsi hazırlanıb, mövcud qaydalara uyğun olaraq seçilmiş nəşriyyatla müqavilə imzalanıb və dərsliklərin tərtibi prosesinə başlanılıb.
Amma dərsliklərin tamamlanması prosesi mütəxəssis azlığı səbəbindən gecikir. Belə ki, 2020-2021-ci tədris ilində ölkənin 14 şəhər və rayonunda (Bakı, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Lənkəran, Astara, Lerik, Masallı, Samux) azsaylı xalqların kompakt şəkildə yaşadığı ərazilərdə 378 məktəbdə 30806 nəfər (28965 nəfər I-IV sinif, 1841 nəfər V-IX sinif) şagirdə öz ana dilləri tədris olunub.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:00 / 21.02.2022
Azsaylı xalqların öz dillərindəki dərslik problemi nə vaxt HƏLL OLUNACAQ? - Nazirlikdən CAVAB
Hazırda oxunan: Azsaylı xalqların öz dillərindəki dərslik problemi nə vaxt HƏLL OLUNACAQ? - Nazirlikdən CAVAB
Hazırda oxunan: Azsaylı xalqların öz dillərindəki dərslik problemi nə vaxt HƏLL OLUNACAQ? - Nazirlikdən CAVAB
61179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.