Polis hansı halda münaqişəyə müdaxilə etməyə bilər? - Hüquqi AÇIQLAMA

Hazırda oxunan: Polis hansı halda münaqişəyə müdaxilə etməyə bilər? - Hüquqi AÇIQLAMA

61158

“Polis vətəndaş tərəfindən gələn müraciətlərə reaksiya verməlidir. Lakin müraciətin hansı faktlarla olması onun yerinə yetirilməsi ilə birbaşa əlaqəlidir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında hüquqşünas Ruslan Vəliyev bildirib.

Onun sözlərinə görə, polisin səlahiyyətinə aid olmayan məsələlərdə onların müdaxilə etməmək haqqı vardır:

“Polislər inzibati və cinayət məcəlləsində öz təsdiqini tapan hallarla bağlı müraciətlərə qarşı tədbir görür və xəbərdarlıq edir. Hər hansı cinayət hadisəsinin baş vermə ehtimalı və ya asayişin, dincliyin pozulması ilə bağlı şikayət daxil olursa dərhal polislərin müdaxiləsi lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Ana və uşaqlarının qətlinə səbəb polis səhlənkarlığı olub? – DİN-dən RƏSMİ CAVAB


Bununla yanaşı Azərbaycan Respublikasının Kostitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

Qanunla müəyyən olunmuş hansı qaydada polislər şəxsə və onun yaşayış yerinə daxil ola bilməz?

“Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” qanunla tənzimlənir. Yaşayış yerinə orada yaşayanların icazəsi olmadan daxil olmasına yalnız aşağıdakı hallarda yol verilir:

1) məhkəmənin qərarı olduqda;

2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

Məhkəmənin qərarı olmadan polis əməkdaşı, yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda qanununla müəyyən edilmiş qaydada daxil ola bilər:

1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.

Qeyd edək ki, dünən faciəvi şəkildə öldürülən ana və uşaqlarının qətlinə səbəb kimi qonşular polis səhlənkarlığını göstərirlər.

Deyilənə görə, polislər ailə daxili münaqişənin olduğunu diqqətə çatdıraraq, vəzifələrini yerinə yetirməkdən imtina ediblər. Hazırda faktla bağlı DİN tərəfindən araşdırılma aparılır.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin