Müdafiə Nazirliyinin sabiq idarə rəisi 4 ay müddətinə həbs edildi - YENİLƏNİB

Hazırda oxunan: Müdafiə Nazirliyinin sabiq idarə rəisi 4 ay müddətinə həbs edildi - YENİLƏNİB

61122

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.

Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

13:25 ***

Baş Prokurorluq Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlunun saxlanılması xəbərini təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.

*** 12:40

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. 

Bizim.Media xəbər verir ki, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilən polkovnik dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir. 

Qeyd edək ki, Məlikməmməd Qurbanov məhkəmənin qərarı ilə müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin