Qubanın icra başçısı qazilərə yüksək vəzifə vəd etdi – ƏTRAFLI

Hazırda oxunan: Qubanın icra başçısı qazilərə yüksək vəzifə vəd etdi – ƏTRAFLI

6108

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev maraqlı vədlə çıxış edib. 

Bizim.Media xəbər verir ki, Vətən uğrunda sınaqdan alnı açıq və qalib çıxan Azərbaycan Ordusunu öyən icra başçısı qaziləri layiqli vəzifələrə təyin edəcəyinə söz verib.

“Ali təhsilli qazilərimiz daha yüksək vəzifə sahibi olacaqlar. Ali təhsili olmayan qazilərimiz də layiqli vəzifələrə təyinat alacaqlar. Bu, bizim borcumuzdur ki, qazilərə lazımi dəstək göstərək”.

Qeyd edək ki, QRİH-nin icra başçısının bu fikirlərini hərbi ekspert Ədalət Verdiyev özünün facebook səhifəsində bölüşüb. İcra başçısına qazilərlə bağlı mövqeyi sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib və hamı digər rayonların icra hakimiyyəti başçılarının da oxşar addım atacağına ümid etdiyini yazıb.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin