“Zahid Oruc deyir ki, 44 gün davam edən müharibə dövründə xalqımız məlumat əldə etmək üçün 62,6 faizlə AzTV-yə baxıb. Zahid müəllimin yəqin xəbəri yoxdur, amma millət 44 gün ərzində "Telegram" kanallarında oturmuşdu gecə-gündüz. Necə? VPN yükləmişdi hamı. Zahid müəllim belə şeyləri bilməz axı. O özü elə AzTV-yə baxır deyəsən”.
Bu fikirləri özünün feysbuk səhifəsində jurnalist Kübrə Məhərrəmova qeyd edib.
Məhərrəmova yazır ki, yerli saytlar bütün günü çalışırdılar və müharibə ilə bağlı bütün xəbərləri AzTV-dən 10 dəfə tez verirdilər. Yəni xəbər çıxan kimi:
“İkincisi, müharibə dövründə qardaş Türkiyə mediası can qoydu. Xalq da elə ilk məlumatı onlardan alırdı. Fülya elə-belə xalqın sevimlisi olmadı. Elmi-analitik təhlili, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edəndə nə əcəb bunu görməmisiniz? Nə əcəb “Haber Global”ı, "TRT", "CNN Türk" və digər türk media orqanları sizin siyahıya düşməyib. Axı söhbət xalqın aldığı məlumatdan gedir.
İctimai Televiziyanın, ARB-nin gördüyü işlər niyə sizin siyahınızdan yan düşüb? Adamlar gecə-gündüz çalışıblar və efirə keyfiyyətli material veriblər. Xalq da izləyib.
Deməli, sizin tətbiq etdiyiniz elmi-analitik təhlil qonşu Nisə xalanın votsapda etdiyi təhlil ilə bir səviyyədədir. Xalqa hörmət edin barı. 90-lar bitdi, hər mənada. Elə AzTV-nin də vaxtı bitdi. Birincilik iddiasında olması ən azı gülüncdür. Elə Zahid Orucun təhlili kimi”.
Bizim.Media