Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Dünya birliyi günahsız insanların qətlini qəbul etməməli, Xocalı faciəsi ilə bağlı ədalət səsini ucaltmalıdır.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidə "Xocalıya ədalət" adlı sərginin açılış mərasimində söyləyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünə qovuşub. Lakin Xocalıda qətlə yetirilən günahsız insanlar unudulmur.
“Biz də heç zaman Xocalını unutmayacağıq və unutdurmayacağıq. Dünya birliyi Xocalı soyqırımına düzgün qiymət verməlidir ki, bu cür qətliamlar bir daha təkrarlanmasın”, – deyə E.Əmrullayev vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:40 / 20.02.2022
Emin Əmrullayev Tbilisidə Xocalı soyqırımı HAQDA: “Belə qətliamlar bir daha təkrarlanmasın”
Hazırda oxunan: Emin Əmrullayev Tbilisidə Xocalı soyqırımı HAQDA: “Belə qətliamlar bir daha təkrarlanmasın”
Hazırda oxunan: Emin Əmrullayev Tbilisidə Xocalı soyqırımı HAQDA: “Belə qətliamlar bir daha təkrarlanmasın”
0:00
0:00
61042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.