Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu günkü toplantısı başa çatıb.
Xəbər verildiyi kimi Akademiyaya yeni prezident təyin olunana qədər AMEA prezidentinin səlahiyyətlərinin icrasını Birinci vitse-prezident, akademik Arif Həşimov davam etdirəcək.
Rəyasət Heyətinin toplantısından təxminən 1 saat sonra Akademiyanın keçmiş prezidenti Ramiz Mehdiyev binanı tərk edib. O, jurnalistlərin suallarını cavablandırmayıb. Sadəcə bildirib ki, AMEA-nın mətbuat katibinə iclasda baş verənlər barədə məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Mehdiyevin AMEA-da SON ÇIXIŞI - Bundan sonra nə işlə məşğul olacaq?
Media mənsubları ilə sağollaşıb və xidməti avtomobilinə minərək AMEA-dan uzaqlaşıb.
Qeyd edək ki, AMEA-nın yeni prezidenti yaxın vaxtlarda təşkil olunacaq ümumi yığıncaqda təsdiq olunacaq.
Alçina Amilqızı, Bizim.Media