Samuxda 24 yaşlı oğlanı ölümcül döyənlər SAXLANILDI – “Şəhidlər bulağı”nın krantını qırıbmış… 

Hazırda oxunan: Samuxda 24 yaşlı oğlanı ölümcül döyənlər SAXLANILDI – “Şəhidlər bulağı”nın krantını qırıbmış… 

60843

Samux rayonu Kolayır kənd sakini 1997-ci il təvəllüdlu Əliyev Mirzamanı döyərək ağır bədən xəsarətləri yetirən şəxslər təyin edilərək həbs olunub.

Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov verib.

Onun sözlərinə görə, Samux rayon Polis Şöbəsinə rayonun Kolayır kənd sakini, Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Dərhal Samux RPŞ-nin əməkdaşları təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib.  

Araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağı”nın su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

*** 09:03

Samuxda döyülmə faktı qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır kəndində baş verib.

Kənd sakini 1997-ci il təvəllüdlu Əliyev Mirzaman yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən küçəyə çağırılıb. Bu zaman M.Əliyevi döyüb, üzərində yandıraraq zorakılıq əməlləri həyata keçirib və qulağını kəsiblər.   
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda həbsdən çıxan şəxsi döyüb xəstəxanalıq etdilər


25 yaşlı gənc dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

M. Əliyevin kim tərəfindən döyüldüyü hələlik  məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin