Baş nazir reyestrə daxil olan məlumatları artırdı

Hazırda oxunan: Baş nazir reyestrə daxil olan məlumatları artırdı

60806

Dövlət reyestrinə daxil olan məlumatlar artıb.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

İşsizlərin reyestrinin aparılması qaydası dəyişdi


Qərara əsasən, ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) də dövlət reyestrinin tərkibinə daxil ediləcək.

Qərara əsasən, dini qurumların mənsub olduğu dini konfessiya haqqında məlumatlarla yanaşı ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) da dövlət reyestrində göstərilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin