Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media xəbər verir ki, Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında onun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb.
MÖVZU İLƏ BAĞLI:
Etiraz edən TIR sürücüləri 30 sutka həbs olundu
Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Bizim.Media