Səməd Vurğun bağında əxlaqsızlıqla məşğul olan qadınlar saxlanıldı - VİDEO

Hazırda oxunan: Səməd Vurğun bağında əxlaqsızlıqla məşğul olan qadınlar saxlanıldı - VİDEO

60784
İstirahətə gələnlər bu vəziyyətdən şikayətlərini dönə-dönə dilə gətiriblər.

Bu gün polis əməkdaşları Səməd Vurğun bağında əməliyyat keçirərək həmin məkanı əxlaqsız qadınlardan təmizləyib. Reyd saat 17:20 radələrində keçirilib.

Moderator.az Virtualaz.org-a istinadən xəbər verir ki, polis əməkdaşları parkda əxlaqsızlıqla məşğul olan bir qrup qadını saxlayıb. Qadınlar Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə aparılıblar.

Qeyd edək ki, polis müxbirin çəkiliş aparmasına mane olub. Geriyə yalnız bir neçə saniyəlik bir süjet qalıb.

Hadisəyə şahidlik edən paytaxt sakinləri polisin bu addımını təqdir edib. Xatırladaq ki, Bakının mərkəzində - Səməd Vurğun bağında əxlaqsızlıqla məşğul olan qadınların məskən salması haqda mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Parka istirahətə gələnlər bu vəziyyətdən şikayətlərini dönə-dönə dilə gətiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin