Sosial şəbəkələrdə azyaşlı cütlüyün nişan mərasimi keçirilməsini əks etdirən videogörüntülərin yayıldığını xəbər vermişdik. Görüntülərin Bərdənin Soğanverdilər kəndində çəkildiyi iddia olunur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, yayılmış iddialarla bağlı Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Daha bir azyaşlı cütlük zorla EVLƏNDİRİLİR – VİDEO
Araşdırmalarla həmin nişan mərasiminin Bərdə rayonun Soğanverdilər kəndində keçirilmədiyi müəyyən edilib.
DİN rəsmisi qeyd edib ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Alçina Amilqızı, Bizim.Media