"Azroşen" MMC şirkətin fəaliyyəti ilə bağlı bir sıra media qurumlarında yayılan xəbərlərə münasibət bildirib. Musavat.com-a göndərilən məktubda bildirilir ki, "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keşərək öz fəaliyyətinə başlayıb: "İşlədiyi müddətdə idxal olunan qənnadı məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılıb: gigiyenik sertifikatı, standartlara uyğunluq sertifikatı, fito-sanitar xidmət sertifikatı alıb. İllr ərzində şirkətin anbarı müvafiq dövlət strukturları tərəfindən yoxlanılıb və heç bir ciddi nöqsan aşkar edilməyib".
"Azroşen"
bildirir ki, "Avropa.info" saytında dərc olunan məlumatlar həqiqətə
uyğun deyil və qisas xarakteri daşıyır. Belə ki, şirkətdən verilən məlumata
görə, saytın rəhbərinin qohumu "Azroşen" şirkətinə işə qəbul olunmaq istəyib,
ancaq onun xahişi rədd edilib.
Musavat.com-un
əldə etdiyi məlumata görə isə, həmin şəxs uzun illər həmin şirkətdə müqavilə
əsasında işləyib, amma sonradan onunla MMC rəhbərliyi arasında ixtilaf yaranıb.
Qeyd edək
ki, "Azroşen" şirkətinin məhsullarının vaxtının keçmiş, məmulatların
keyfiyyətsiz, hətta zəhərli olması barədə material Avropa.info saytında, eləcə
də Musavat.com-da gedib.
Qarşı tərəfə
söz haqqı tanıyaraq, şirkətin baş direktoru A.H.Hacıyevin imzası ilə daxil olan
məktubu dərc etməyi vəzifə borcumuz bildik. Şirkətdən onu da bildiriblər ki,
həmin materiallarla bağlı hüquq-mühafizə orqanları şirkətdə yoxlama aparıblar
və materialalrda göstərilən faktlar öz təsdiqini tapmayıb.
Musavat.com































































































