“Məşğulluq marafonu” üzrə 1744 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

Hazırda oxunan: “Məşğulluq marafonu” üzrə 1744 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

60756

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu” üzrə işlə təmin olunan şəhid ailəsi üzvləri və qazilərin sayı 1744-ə çatıb. 

Bu barədə Bizim.Media-ya ƏƏSMN-dən məlumat verilib. 

Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək olan marafona bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib. 

Marafon “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin