Nazir müəllimlərin yerdəyişmədə iştirakına aydınlıq gətirdi 

Hazırda oxunan: Nazir müəllimlərin yerdəyişmədə iştirakına aydınlıq gətirdi 

60747

"Müəllimlərin İşə Qəbul imtahanları ilə bağlı yeni qaydalar bir məktəbdə 3 ilə qədər çalışan müəllimlərə yerdəyişmədə iştirak etməyi qadağan etmir. Həmin şəxslər iş yerindən çıxdıqdan sonra imtahanda iştirak edə bilərlər". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev billdirib.

Nazir deyib ki, müşahidələri onu göstərir ki, hər il bir neçə min müəllim iş yerini dəyişir: 

"Şagirdləri də başa düşmək lazımdır ki, hər il siniflərinə başqa bir müəllim gəlir. Təhsil Nazirliyi olaraq da həmişə birinci prioritetimiz uşaqlardır. Qeyd edim ki, biz qəti şəkildə kiməsə imtahanda iştirak etməyi qadağan etmirik. Sadəcə bildiririk ki, mövcud iş yerindən çıxdıqdan sonra həmin yerə başqa müəllim gələ bilər" - nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin