Təhsil nazirindən məktəblərdə neqativ videoların çəkilib paylaşılmasına REAKSİYA

Hazırda oxunan: Təhsil nazirindən məktəblərdə neqativ videoların çəkilib paylaşılmasına REAKSİYA

0:00
0:00
60742

Təhsil naziri Emin Əmrullayev son günlər təhsil müəssisələrindən yayılan videogörüntülərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, jurnalistlərə açıqlama verən nazir həmin videolara görə təhsilin vəziyyətini dəyərləndirməyin doğru olmadığını bildirib: 

"Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var.  

Ümumilikdə, biz gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyətini görürük.

Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil", - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin